“Traktor” 1/8 finala darmadağınla yüksəldi

Futbol üzrə İran kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçiləri “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Traktor” evdə “Şahrdari Mahşahr” klubu ilə üz-üzə gəlib. Təbriz təmsilçisi rəqibini darmadağın edərək 1/8 finala yüksəlib – 3:0.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə doğma meydanda “Fulad”la üz-üzə gəlib. “Traktorçular”dan fərqli, “Maşinsazi” 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button