“Trabzonspor”un daha bir futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Trabzonspor” klubunda daha bir futbolçuda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bir oyunçunun koronavirus testinin müsbət çıxdığı bildirilib. Həmin futbolçunun adı açıqlanmayıb. Onun öz evində karantinə alındığı və müalicəsinə başlanıldığı vurğulanıb.

Xatırladaq ki, “Trabzonspor” ötən gün də bir futbolçusunda koronavirus aşkarlandığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button