“Trabzonspor”un 3 futbolçusu koronavirusa yoluxdu

Türkiyənin “Trabzonspor” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Sonuncu COVİD-19 testləri pozitiv çıxan futbolçuların adları açıqlanmayıb. Onlar karantinə alınıblar.

Qeyd edək ki, “Trabzonspor” Super Liqada bu mövsüm keçirdiyi 24 oyuna 45 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button