“Trabzonspor”u “Dənizlispor”a dəyişdi

Türkiyənin “Trabzonspor” klubu ilə vidalaşan Oqenyi Onazinin yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra Super Liqanın digər təmsilçisi “Dənizlispor”un uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1,5 + 1 illik müqaviləyə imza atıblar.

Nigeriya millisinin də üzvü olan Onazi, 2016-cı ildən “Trabzonspor”da forma geyinirdi. İtaliyanın “Latsio” klubundan transfer olunan yarımmüdafiəçi Trabzon klubunun heyətində 79 oyuna 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button