“Trabzonspor”dan “Sportinq”ə

Türkiyənin “Trabzonspor” klubundan ayrılan Joao Pereyranın yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 36 yaşlı sağ cinah müdafiəçisi sabiq klubu “Sportinq”ə dönüb.

Bu barədə Lissabon təmsilçisinin rəsmi saytı məlumat yayıb. Portuqaliya yığmasının sabiq üzvü mövsümün sonuna qədər bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Joao Pereyra daha öncə 2010-2012 və 2015-2016-cı illər aralığında formasını geyindiyi “Sportinq”də bütövlükdə 140 matça çıxıb. O, 2017-ci ildən çıxış etdiyi “Trabzonspor”dan bir neçə gün öncə ayrılmışdı. Müdafiəçi Türkiyə klubunda da 100-dən çox oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button