“Trabzonspor”da bir ayrılıq, 3 itki

Türkiyənin “Trabzonspor” klubu bu ilin yanvar ayında heyətinə qatdığı Manuel Da Kosta ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. 34 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2021-ci ilin may ayının 31-nə qədər idi. Trabzon klubu təcrübəli futbolçuya heç bir təzminat ödənilməyəcəyini bəyan edib.

“Trabzonspor” bir neçə futbolçusunun da xidmətindən məhrum olub. Dizindən ağır zədə alan Anders Trondsen 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun yaxın günlərdə əməliyyat olunması gözlənilir. Marlon Xavyer və Joao Pereyranın da müalicəsi davam edir. Bu iki oyunçunun dəqiq bərpa müddəti isə açıqlanmır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button