“Trabzonspor”da 2 futbolçu koronavirusa yoluxub

Türkiyənin “Trabzonspor” komandasında iki futbolçu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Ölkə çempionatının 21-ci turu çərçivəsində baş tutacaq “Sivasspor”la səfər oyunundan öncə Trabzon təmsilçisinin bütün üzvlərindən COVİD-19 testi götürülüb. Testlərdən ikisinin pozitiv çıxdığı bildirilir. Onların hər ikisi futbolçudur. Adları açıqlanmayan oyunçular karantinə alınıblar və Sivasa aparılmayacaqlar.

“Sivasspor” – “Trabzonspor” oyunu yanvarın 15-də keçiriləcək. Trabzon təmsilçisi 20 oyuna topladığı 49 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button