“Trabzonspor” braziliyalı futbolçu ilə gücləndi

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Braziliyanın “Fluminense” klubunun sol cinah müdafiəçisi Marlon Xavyeri heyətinə qatıb.

Bu barədə Trabzon təmsilçisinin rəsmi saytı məlumat yayıb. Türkiyə klubu 23 yaşlı futbolçunu satınalma şərti ilə bir illik icarəyə götürüb. “Trabzonspor” Marlonun transfer hüquqlarını da almaq istəsə, “Fluminense”yə 2 milyon avro ödəməlidi.

Marlon, geridə qalan mövsümü Portuqaliyanın “Boavişta” klubunda icarədə keçirib. O, bu komandada 27 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Trabzonspor” daha öncə Andres Trondsen və Stiven Plazanı heyətinə qatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button