“Tottenhem”in yeni hədəfi – “Napoli”nin hücumçusu

“Napoli”nin forvardı Arkadiuş Milik karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” 26 yaşlı futbolçunun xidmətində maraqlıdır. London klubu onun üçün təklif göndərməyə də hazırdır. Klub Milik üçün Neapol klubuna Lukas Mouranı təklif edəcək. Qarşı tərəfin bu təklifi müsbət qarşılayacağı bildirilir.

“Napoli” keçən yay Mouranı heyətinə qatmaq istəsə də, həmin vaxt “Tottenhem”i çalışdıran Maurisio Poçettino onun ayrılmasını istəməmişdi.

Milikin “Napoli” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.