“Tottenhem”in Marsialla bağlı planı var

“Mançester Yunayted”ə məxsus olan hücumçu Antoni Marsial komandasını dəyişə bilər.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Tottenhem” fransalı forvardı öz sıralarına cəlb etmək niyyətindədir.

London təmsilçisi yay transfer pəncərəsində Marsialı azad agent kimi almağa ümid edir. Onun transferində “Tottenhem”dən başqa, “Yuventus” və “İnter” də maraqlıdır.

Marsial İngiltərə Premyer Liqasının cari mövsümündə 13 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button