“Tottenhem”in futbolçusu MLS klubunada

İngiltərənin “Tottenhem” klubu qapıçısı Brendon Ostini icarəyə verib.

Komanda.az xəbər verir ki, 22 yaşlı qolkiper “Orlando Siti”yə icarəyə göndərilib.

Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qapıçı qarşıdakı bir ili ABŞ klubunda keçirəcək.

Qeyd edək ki, “Tottenhem”in öz yetirməsi olan Ostin, daha öncə Danimarkanın “Viborq” klubunda da icarədə oynayıb.