“Çempionlar Liqasına getmək üçün 7-8 oyun qazanmalıyıq” – Keyn

“Tottenhem”in futbolçusu Harri Keyn açıqlama verib.

Komanda.az xəbər verir ki, “The Sun” nəşrinə danışan ingilis hücumçu, mövsümü ilk 4-lükdə bitirməli olduqlarını deyib:

“İlk 4-lükdə olmalıyıq. Bunu bacaracağımıza heç bir şübhəmiz yoxdur. “Mançester Yunayted”ə qarşı çox vacib oyunumuz var. Çempionlar Liqasına getmək üçün 7-8 oyun qazanmalıyıq.

Hazırda sağlıq cəhətdən vəziyyətim yaxşıdır. Uzun zamandır ki, yaşıl meydanlardan uzağam, 6 ay olub. Ancaq sağlamam və özümü yaxşı hiss edirəm”.

İngiltərəli hücumçu, yanvarda – Premyer Liqanın 21-ci turunda “Sauthempton”la oyunda (0:1) zədələnərək, əməliyyat olunmuşdu.

Koronavirusa görə martdan dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq. “Tottenhem” Premyer Liqada 8-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button