“Tottenhem”in futbolçusu əməliyyat olundu

“Tottenhem”in futbolçusu Troy Perrott əməliyyat olunub.

Komanda.az xəbər verir ki, qarın ağrıları olan 18 yaşlı futbolçu kor bağırsaq əməliyyatı keçirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçunun iyunun sonlarına qədər məşq edə bilməyəcəyi deyilir.