“Tottenhem” “Ayaks”ın qarşısına onsuz çıxacaq

“Tottenhem”in zədəli futbolçusu Mussa Sissokonun durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, fransız yarımmüdafiəçi 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino İngiltərə mətbuatında açıqlamasında deyib.

Argentinalı mütəxəssis, Sissokonun Çempionlar Liqasının yarımfinal mərhələsinin “Ayaks”la ilk matçında iştirak etməyəcəyini bildirib. Poçetinno Sissokonun ən tez 2 həftəyə sağalacağını deyib.

“Tottenhem” – “Ayaks” matçı aprelin 30-da, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button