Poçettino üçün 180 milyon avro

Çempionlar Liqasında “Mançester Siti”ni mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksələn “Tottenhem” növbəti mövsüm üçün transfer büdcəsini müəyyənləşdirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, son iki transfer dövründə futbolçu keçidi reallaşdırmayan London klubu, bu dəfə böyük büdcə ayırıb. Belə ki, komandanın baş məşqçisi Maurisio Poçettino, cari mövsümün sonunda 180 milyon avroluq transferlər edə biləcək.

“Tottenhem”in bu məbləğ sayəsində komandaya 5 futbolçu cəlb edə biləcəyi deyilir.