“Tottenhem” “Real”ın futbolçusunu “qaralayıb”

“Tottenhem” “Real”ın futbolçusu Franko Mastantuononu transfer etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu argentinalı futbolçunu heyətinə qatmaq üçün yüksək məbləğ ödəməyə hazırdır. Lakin “Real”ın bu keçidlə bağlı qərarı hələ məlum deyil.

Mastantuono 2025-ci ildə “River Pleyt”dən 45 milyon avro qarşılığında “Real”a keçib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayına qədər qüvvədədir. 20 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 35 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” onun bazar dəyərini 45 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button