
“Neftçi” bu gün Sloveniyada sonuncu yoxlama oyununa çıxacaq
Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” sözügedən ölkədə bu gün sonuncu yoxlama oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşacaq. Oyun saat 19:30-da Lendava stadionunda start götürəcək.
“Ağ-qaralar” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzub. Bakı təmsilçisi Serbiyanın “Radniçi NİŞ” komandasını 3 cavabsız qolla üstələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



