
Babək Quliyev Konfrans Liqasının oyununa təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Hamrun” (Malta) – “Runavik” (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma iyulun 16-da, Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



