MY 6, “Liverpul” 7 qola üzüldü

Futbol üzrə İngiltərə Premyer Liqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub. Turun açılış matçında “Çelsi” doğma meydanda “Kristal Pelas”ı qəbul edib və 4 cavabsız qolla qalib gəlib. “Mançester Siti” isə “Lids”in qonağı olub. “Şəhərlilər” bu oyunda da qələbə qazana bilməyiblər. “Everton” “Brayton”u, “Nyukasl” isə “Bernli”ni məğlub yola salıb.

“Liverpul” bu turda “Aston Villa”nın qonağı olub və biabırçı hesabla uduzub. Turun mərkəzi görüşü Mançesterdə keçirilib. “Mançester Yunayted” doğma meydanda Londonun “Tottenhem” klubunu qəbul edib. “Qırmızı şeytanlar” da biabırçı məğlubiyyətə üzülüblər. “Lester” də “Vest Hem”lə ev oyunundan böyük hesabla məğlub ayrılıb. “Arsenal” isə “Şeffild Yunayted”lə qarşılaşıb və turu qələbə ilə başa vurub.

İngiltərə Premyer Liqası, 4-cü tur

3 oktyabr

Çelsi – Kristal Pelas 4:0
Qol
: Çilluel, 50. Zuma, 66. Jorjinyo, 78-pen; 82-pen.

Everton – Brayton 4:2
Qol
: Kalvert, 16. Mina, 45+2. Rodriqes, 52; 70 – Maupay, 41. Bissuma, 90+2.

Lids – Mançester Siti 1:1
Qol
: Rodriqo, 59 – Sterlinq, 17.

Nyukasl – Bernli 3:1
Qol
: Sent-Maksimin, 14. Uilson, 65; 77 – Vestvud, 61.

4 oktyabr

Lester – Vest Hem 0:3
Qol
: Antonio, 14. Fornals, 34. Bouen, 83.

Sauthempton – Vest Bromviç 2:0
Qol
: Djenepo, 41. Romeu, 69.

Arsenal – Şeffild Yunayted 2:1
Qol
: Saka, 61. Pepe, 64 – Makqoldrik, 83.

Vulverhempton – Fulhem 1:0
Qol
: Neto, 56.

Mançester Yunayted – Tottenhem 1:6
Qol
: B.Fernandes, 2 – Ndombele, 4. Son, 7; 37. Keyn, 30; 79-pen. Orye, 51.

Aston Villa – Liverpul 7:2
Qol
: Uotkins, 4; 22; 39. Makqinn, 35. Barkli, 55. Qriliş, 66; 75 – Salah, 33; 60.

Bombardir: Dominik Kalvert-Lyuin (Everton), Ceymi Vardi (Lester) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button