“Tottenhem”in yeni transferi zədələndi – 1 ay olmayacaq

“Tottenhem” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Covani Lo Çelso Argentina millisinin Çili ilə keçirdiyi yoxlama oyununda (0:0) zədələnib. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı argentinalı yarımmüdafiəçinin ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

“Tottenhem” Lo Çelsonu bu yay “Betis”dən icarəyə götürüb.