Son bunu da bacardı – Premyer Liqa tarixində ilk

“Tottenhem” İngiltərə Premyer Liqasında “Aston Villa”nı məğlub edib – 3:2.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, sözügedən qarşılaşmada 2 qol vuran London təmsilçisinin futbolçusu Son Hın Min yeni uğura imza atıb. Belə ki, 27 yaşlı hücumçu Premyer Liqa tarixində 50-dən çox qol vuran ilk asiyalı futbolçu olub. Son, buna 151 görüşdə nail olub.

2015-ci ildən “Tottenhem”də forma geyinən Son, bu mövsüm Premyer Liqada 21 oyunda 9 qol vurub.