Qvardiolanın Keyn istəyi

“Tottenhem”in hücumçusu Harri Keyn Premyer Liqada klubunu dəyişə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Siti” 27 yaşlı futbolçunu heyətində görmək istəyir. Komandanın baş məşqçisi Pep Qvardiola Keyni Serxio Aqueronun əvəzləyicisi olaraq görür. “Tottenhem” bu keçid üçün 90 milyon funt-sterlinq tələb edir.

2011-ci ildən “Tottenhem”in şərəfini qoruyan ingiltərəli futbolçunun klubla müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button