
Torresdən PSJ iddialarına reaksiya: “Heç nə bilmirəm”
İspaniya millisinin və “Barselona”nın hücumçusu Ferran Torres PSJ-yə mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu transfer şayiələrinə əhəmiyyət vermədiyini deyib:
“PSJ? Bu barədə heç nə bilmirəm. Şayiələrə diqqət yetirmirəm”.
“Transfermarkt” portalının məlumatına görə, ispaniyalı forvardın bazar dəyəri 50 milyon avro qiymətləndirilir. Torreslə “Barselona” arasındakı müqavilənin müddəti gələn ilin yayında başa çatacaq.
O, ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 49 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



