Tokio-2020: Almaniya tennisdə “qızıl” qazandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında tennis yarışlarının tək kişilər növündə çempion məlum olub.

Komanda.az xəbər verir ki, final matçında Almaniyanı təmsil edən Aleksander Zverev rusiyalı rəqibi Karen Xaçanovu məğlub edib. 6:3 və 6:1 hesablı qələbə qazanan Zverev ölkəsinə qızıl medal qazandırıb.