Tokio-2020: 24 nəfərdə koronavirus aşkarlandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

Komanda.az xəbər verir ki, son bir gündə daha 24 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Virusa yoluxanlardan 3-ü idmançı, digərləri işçilərdir. Tokio-2020-də koronavirusa yoluxma sayı ümumilikdə 193-ə çatıb.

Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə, yarışın ləğv edilə biləcəyini açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button