Tokio-2020: Daha 18 nəfərdə koronavirus aşkarlandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

Komanda.az xəbər verir ki, son bir gündə daha 18 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Virusa yoluxanlar arasında idmançı yoxdur. Tokio-2020-də koronavirusa yoluxma sayı ümumilikdə 259-a çatıb.

Olimpiadaya avqustun 8-də yekun vurulacaq.