Tokio-2020: Daha 27 nəfərdə koronavirus aşkarlandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

Komanda.az xəbər verir ki, son bir gündə daha 27 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Virusa yoluxanlardan 3-ü idmançı, digərləri işçilərdir. Tokio-2020-də koronavirusa yoluxma sayı ümumilikdə 220-yə çatıb.

Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə, yarışın ləğv edilə biləcəyini açıqlayıb.