Tokio-2020: Koronavirusa yoluxanların sayı artdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

Komanda.az xəbər verir ki, son bir gündə daha 31 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxanlardan biri idmançıdır.

Tokio-2020-də koronavirusa yoluxma sayı ümumilikdə 353-ə çatıb.

Olimpiadaya avqustun 8-də yekun vurulacaq.