Üzr istədi, istefa verdi

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə 84 yaşlı idman funksioneri yerli mətbuata açıqlamasında bildirib. O, bir müddət əvvəl qadınlar haqda verdiyi açıqlama səbəbiylə istefa verib:

“Yay Olimpiya Oyunları mənim iştirakım olmadan daha rahat keçəcək. Narahatlığa görə hər kəsdən üzr istəyirəm. İşlətdiyim ifadələr yersiz idi”.

Onu bu postda sabiq futbolçu, Tokiodakı Olimpiya kəndinin meri Saburo Kavabutinin əvəzləyəcəyi gözlənilir.

Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul-9 avqustdan bu ilin 23 iyul-8 avqustuna təxirə salınıb.