Ten Haq açıqladı: “Komandada bir neçə zədəli futbolçu var”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Marsel Sabitzerin zədələnməsi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, avstriyalı futbolçunu İngiltərə çempionatının 31-ci turunun “Nottingem Forest” ilə qarşılaşmasında (0:2) meydana çıxartmamaqla risk etmək istəmədiklərini bildirib:

“Sabitzer isinmə hərəkətləri zamanı problemlər yaşadı. Risk etməmək qərarını verdik. Komandada bir neçə zədəli futbolçu var. Ümid edirəm ki, Marselin zədəsi yüngül olar”.

Xatırladaq ki, Sabitzer “Nottingem Forest” – “Mançester Yunayted” (0:2) oyunundan öncə isinmə hərəkətləri zamanı zədələnib və meydana çıxa bilməyib. Onu Kristian Eriksen əvəz edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button