“Hər oyunda qalib gəlmək istəyirəm və nə etdiyimi bilirəm” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubun yeni sahibi Cim Ratkliffin gəlişi ilə komandadakı gələcəyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əsas məqsədinin komandanı təkmilləşdirmək olduğunu söyləyib:

“Ratkliff gələndən sonra özümü sınaq müddətində hiss edirəm? Xeyr, amma hər oyunda qalib gəlmək istəyirəm və nə etdiyimi bilirəm. Biz dialoq aparırıq və birgə gələcək haqqında danışırıq. Buna görə də, diqqətimi iki şeyə cəmləyirəm: komandanı irəli aparmaq və hər dəfə növbəti oyundan əvvəl onun gələcəyi haqqında düşünmək”.

Ten Haq 2022-ci ilin yayından “Mançester Yunayted”ə rəhbərlik edir. 53 yaşlı mütəxəssis ümumilikdə bütün turnirlərdə 98 oyun keçirib ki, komanda bunun 60-da qalib gəlib, 11-ində heç-heçə edib və 27-də məğlub olub.

MY 26 turdan sonra 44 xalla Premyer Liqada 6-cı pillədə qərarlaşıb. Çempionata “Liverpul” başçılıq edir (60 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button