“Tanınmış şahmatçıları Şuşada görmək istərdim” – Məmmədov

“Dünya çempionu Maqnus Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı”.

Komanda.az xəbər verir ki, bunu “Shusha Chess 2022” turnirinin iştirakçısı, üçqat Avropa çempionu Rauf Məmmədov yarışın rəsmi saytına açıqlamasında deyib.

34 yaşlı qrossmeyster Şuşadakı turnirin ənənəvi olmasını arzuladığını bildirib:

“Bu turnirin hər il keçirilməsi yaxşı olardı. Əlbəttə, bu, təşkilatçılardan asılıdır. Amma şahmatçı kimi burada yarışmaq çox gözəl hisslərdir. Növbəti illərdə tanınmış şahmatçıları Şuşada görmək istərdim”.

Turnirdəki çıxışını da dəyərləndirən Məmmədov rapid yarışında o qədər uğurlu olmadığını etiraf edib:

“Cəmi 6 xal toplamışam. O qədər uğurlu olmadı. Fikrimcə, əsas yarış blitsdə gözlənilir. Blitsdə zəif iştirakçı yoxdur. Hər bir şahmatçı Şuşada yaxşı nəticə göstərmək istəyir”.

O, Şuşada bütün tarixi məkanları çoxdan görmək istədiyini vurğulayıb:

“Cıdır düzündə olmaq arzularımdan biri idi. Burada insan özünü fərqli hiss edir: 40-a yaxın ölkədə olmuşam, belə təbiət görməmişəm. Şuşa çox gözəldir, şəhər insanı valeh edir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button