“Boka Xuniors” tanınmış futbolçu ilə yollarını ayırdı – Rəsmi

Argentinanın “Boka Xuniors” klubu yayda heyətdə ciddi dəyişikliklərə start verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub bir neçə futbolçu ilə yollarını ayırdığını açıqlayıb ki, onların arasında tanınmış ispaniyalı yarımmüdafiəçi Ander Errera da var.

36 yaşlı futbolçu Argentina klubunda gözlənilən sabitliyi əldə edə bilməyib. O, “Boka Xuniors”un heyətində ümumilikdə 29 oyunda forma geyinib. Bu səbəbdən, tərəflər əməkdaşlığı başa vurmaq qərarına gəliblər. Beləliklə, yarımmüdafiəçi karyerasını davam etdirmək üçün yeni klub axtarışına başlayacaq.

Ander Errera daha əvvəl “Saraqosa”, “Atletik”, “Mançester Yunayted” və PSJ kimi tanınmış komandalarda çıxış edib. O, İspaniya millisinin heyətində iki oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button