Rayola reanimasiyaya yerləşdirilib

Tanınmış futbol agenti Mino Rayolanın səhhəti pisləşib.

Komanda.az xəbər verir ki, yanvarın 12-də Milandakı xəstəxanada ağ ciyərindən təcili əməliyyat edilən Rayola ötən gün reanimasiyaya yerləşdirilib. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Rayolanın reanimasiyada olmasına baxmayaraq, vəziyyətinin sabit olduğu bildirilib.

Rayola Erlinq Haaland (“Borussiya”, Dortmund), Zlatan İbrahimoviç (“Milan”), Pol Poqba (“Mançester Yunayted”), Canluici Donnarumma (PSJ) və bir çox məşhur futbolçunun agentidir.