
Tanınmış bank “Qarabağ”ın rəsmi tərəfdaşı oldu
“Qarabağ” klubu yeni tərəfdaşla rəsmi müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə anlaşıb.
Bank bundan sonra klubun fəaliyyətini dəstəkləyəcək. Tərəfdaşlıq sözləşməsi uşaq futbolunun inkişafında qarşılıqlı köməyi, uşaqlar üçün futbol məktəbinin yaradılması kimi birgə layihələri nəzərdə tutur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



