Təyinat alandan bu yana qələbəyə həsrətdir

“Çelsi”nin baş məşqçisi Frenk Lempard İngiltərə Premyer Liqasının 31-ci turunun “Brayton”la görüşündən sonra (1:2) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının kifayət qədər yaxşı çıxış etdiyini dilə gətirib:

“Məyusam. Meydanda ən yaxşı mübarizə aparan komanda qalib gəldi. Rəqib komanda şəklində oynayırdı. Kifayət qədər yaxşı çıxış etdik. Futbolun əsas elementləri döyüşmək və qaçmaqdır. Biz həmin məqamlarda da uduzuruq.

Qarşıda “Real” vacib cavab qarşılaşması bizi gözləyir. Hər şeydən öncə başa düşməliyik ki, biz nə üçün bu gün keçirilən maçtda uduzduq”.

Britaniyalı mütəxəssis həmyerlisi Qrem Potteri əvəzlədikdən sonra “Çelsi”də keçirdiyi hər 3 matçda məğlub olub.

“Zadəganlar” hazırda İngiltərə çempionatının turnir cədvəlində 39 xalla 11-ci, “Brayton” isə 49 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button