Təbriz klubuna səfərdə 1 qol bəs etdi

Futbol üzrə İran çempionatında 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Maşinsazi” də növbəti matçına çıxıb. Təbriz klubu səfərdə “Pars Jonoubi Jam” ilə qarşılaşıb və meydanı qələbə ilə tərk edib – 1:0.

Xatırladaq ki, bir gün əvvəl Təbrizin daha məşhur “Traktorsazi” klubu da Xorasan “Padideh”ini eyni hesabla üstələmişdi.

Hazırda “Traktorsazi” 16 iştirakçı arasında 43 xalla 1-ci pillədə qərarlaşıb. “Maşinsazi” isə 25 xalla 9-cudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button