Təbriz klubu səfərdən xalsız döndü

Futbol üzrə İran çempionatında 23-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Naft MİS” ilə qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Bu mövsüm keçirdiyi 22 oyunda cəmi 11 xal toplamış “Maşinsazi” 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Təbrizin daha məşhur “Traktor” klubu isə 21 oyuna topladığı 29 xalla 8-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button