Təbriz klublarının oyunları təxirə salındı – Koronavirusa görə

İranda koronavirus epidemiyasına görə bütün futbol matçları ləğv olunub.

Komanda.az xəbər verir ki, müvafiq qurumlar ölkədə sürətlə yayılmaqda olan bu xəstəliklə əlaqədar, yüksək liqa da daxil olmaqla bütün çempionatlarda oyunların martın 20-nə qədər təxirə salınmasına qərara veriblər.

İran çempionatında Cənubi Azərbaycanı təmsil edən “Traktor” və “Maşinsazi” klubları da çıxış edir. “Traktorçular” 21 turdan sonra 37 xalla üçüncü, digər Təbriz klubu isə 24 xalla doqquzuncudu.

Qeyd edək ki, İranda 3000-dən çox koronavirusa yoluxan varsa, azı 92 nəfər dünyasını dəyişib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button