Tərlan Əhmədov: “Meydanda “Keşlə” üçün oyun adına heç nə yox idi”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:3 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

  • İki oyun ardıcıl məğlub olmaq acı hissdi. Heç bir məşqçi bunu yaşamaq istəməz. Bizim işimizin belə uğursuzluqlarla bağlılığı var. Qarşıda 11 tur var. Oyun haqda danışacağım bir şey yoxdu. Futbolçular əziyyət çəkirlər, onların haqqını tapdalamaq olmaz. Məğlubiyyətdə günah sahibi mənəm. Komandanı tam formalaşdırmaq olmur. Bunu yoluna qoymalıyıq. Hər şeydən çıxış yolu var. Hələ heç nə itirilməyib.
  • “Keşlə” adətən etibarlı müdafiə olunur. Ancaq son 2 oyunda bu görünmür…
  • Boyoviç uzun müddətdi yoxdu, zədəlidi. Latın Amerikasından gələnlərin də təlim-məşq toplanışına qoşulması bizim üçün problemdi. Bu gün də bunun acısını yaşayırıq. Düşünürəm ki, bu vəziyyətdən hər an çıxış yolu olur. Mənim məşqçi karyeramda belə şeylər olur. Ardıcıl məğlubiyyət, ancaq sonrasında qələbələr.
  • Rotasiya imkanı olmadıqda nə edəcəksiz?
  • Ruslanın durumu bilinmir. Kamara yəqin növbəti oyunda olacaq. Rotasiya etmək üçün əlimdə futbolçu azdı. Gözləyirəm Ruslan və Kamara sıraya dönsün. Futbolun kollektiv oyun olduğunu düşünürdüm. Ancaq görürəm ki, son dövrlərdə bir oyunçunun olmağı önəmlidi.
  • Ardıcıl 2 məğlubiyyət oldu. Komandada eniş hiss olunur. ..
  • Eniş həyatda hər zaman insanın başına gələn hadisələrdi. Ailədə də olur. Görürsən ki, illərdi xoşbəxt olan ailə bir gün dağılır. İki oyunda məğlubiyyət o demək deyil ki, biz hər şeyi itirmişik. “Keşlə”ni növbəti turlarda görəcəksiz.
  • Daboya bu qədər geniş ərazi verməkdə səhv kimdə idi?
  • Meydanda “Keşlə” üçün oyun adına heç nə yox idi. Bu haqda danışmaq istəmirəm.

Şahin Cəfərov