Təbriz klubunun prezidentindən təklif: “Playstation” oynayaraq liqaları bitirək”

Təbrizin “Traktor” klubunun prezidenti Mir Məsum Zöhrabi maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Azərbaycan klubunun prezidenti, liqanın başa çatdırılması üçün maraqlı təklif irəli sürüb. O, koronavirusun yaratdığı çətinlikləri nəzərə alaraq, liqaların dayandırılmasının insanların futbola olan həvəsini azaltdığını düşündüyünü deyib:

“Futbol, insanları bir arada tutmaq və bu çətin günlərdə onlara ümid vermək üçün lazmlıdır. İran Premyer Liqasının klubları hər biri bir nümayəndə göndərsin və “playstation” oynayaraq liqaları bitirək.

Ölkəmizdə futbolun başlamasının mümkün olmadığını hamımız bilirik. İndi liqanı bərpa etsək, matçlar azarkeşsiz oynanılacaq və həyəcanlı olmayacaq. Sağlamlıq vəziyyətinin tam təmin edilmədiyi mühitdə klublar və milli komandalara zərər veriləcək.”

Koronavirusa görə dayandırılan İran çempionatı Ramazan bayramından sonra bərpa olunacaq.