Təbriz klubu doğma meydanda uduzdu

Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Persepolis”lə qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

Təbrizin daha məşhur “Traktor” klubu isə bu tur səfərdə “İstiqlal”la qarşılaşacaq.

“Traktor” hazırda 40 xalla 16 kollektiv arasında 4-cü, “Maşinsazi” isə 24 xalla 11-cidi.