Səfərdə 50-ci “sülh”

“Zirə” Premyer Liqada 50-ci səfər heç-heçəsinə imza atıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley “Turan Tovuz”la görüşə təsadüf edib.

Premyer Liqanın 29-cu turunun qarşılaşmasında 1:1 hesabı qeydə alınıb. 50-ci “sülh” rəqib meydanlarındakı 166-cı qarşılaşmada gerçəkləşib. “Zirə” turnirin tarixində səfərdə ən azı 50 heç-heçə edən 11-ci komanda olub.

“Zirə”nin ilk səfər heç-heçəsi 2015-ci il avqustun 16-da “Kəpəz”lə matçda qeydə alınıb – 1:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button