
“Səbail”də yeni futbolçu
Azərbaycanın 1-ci Liqa təmsilçisi “Səbail” dövrələrarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Qurban Səfərovla müqavilə imzalayıb.
Son olaraq “Mingəçevir”də çıxış etmiş U-21 millimizin üzvü ilə cari mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



