Şvaynştayger məşhur tennisçi ilə qolf oynadı – FOTO

Almaniya millisinin heyətində 2014-cü ildə futbol üzrə dünya çempionu olmuş Bastian Şvaynştayger rusiyalı tennisçi Daniil Medvedevlə görüşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Medvedev sosial şəbəkədə Şvaynştaygerlə qolf oynadığı fotoları yerləşdirib.

“Əyləncəli idi! Yaxşı oyun oldu, dostum. Ümid edirəm ki, baş barmağınız artıq qaydasındadır” – deyə, “Bayern”in keçmiş futbolçusu Medvedevin paylaşımına şərh yazıb.

Sonuncu fotoda Medvedevin əlinin baş barmağının zədələndiyi görünür.

Bizi Telegramda izləyin