Şuşada keçiriləcək turnirin rəsmi saytı təqdim olundu

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, “shushachess.az” internet saytı şahmat həvəskarlarının son informasiya ilə operativ formada təmin olunmasına xidmət edəcək. Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Burada Şuşanın tarixi barədə məlumat, o cümlədən yarış iştirakçıları ilə bağlı informasiyalar yer alıb. Şuşada ilk şahmat turniri “shushachess.az” saytı ilə canlı yayımlanacaq. Bütün partiyalar Azərbaycan və ingilis dilində şərh olunacaq.

“Shusha Chess 2022” turniri 21-24 sentyabrda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button