Sürprizsiz tur

Bu gün futzal üzrə Yüksək Liqada 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, açılış matçında əsasən legioner futzalçılardan təşkil edilmiş 2 komanda üz-üzə gəlib. Qış fasiləsindən sonra iki texniki məğlubiyyətlə barışmalı olan “Yasamal MFK Baku” meydana çıxdığı ilk qarşılaşmanı böyük hesabla uduzub. Ardıcıl qələbələ qazanan “Xəzər Cənub” isə xal ehtiyatını artırıb. Səcəd Nəsihi 4 qol vurmaqla qələbədə əsas pay sahibi olub.

İkinci oyunda iddialı EKOL turnir cədvəlinin son pilləsində yer almış “Yasamal” İSK-nı sınağa çəkib. Qış fasiləsindən sonra daha yaxşı təsir bağışlayan “Yasamal” güclü rəqibi qarşısında fərqin artmasına mane ola bilməyib. Bombardirlər yarışında yer alan Namiq Məmmədkərimov het-trik etməklə yadda qalıb.

Turun son oyununda lider “Araz” yaxşı günlərini yaşamayan “Liman”la üz-üzə gəlib. 12-ci dəqiqəyə qədər cəmi 1 top buraxn debütant 10 saniyə fərqlə topu tordan 2 dəfə çıxarıb. “Araz” sonrakı dəqiqələrdə oyundakı üstünlüyünü hesabda da əks etdirib.

Yüksək Liqa, 18-ci tur

15 fevral

Yasamal MFK – Xəzər Cənub 0:6
Qol: M. Pənahande, 05:00, H. Rezvan, 11:56, S. Nəsihi, 16:04, 28:45, 34:25, 36:50.
Hakimlər: Ramil Namazov, Kənan Məlikov, Vüsal Balaşov.
Bakı İdman Sarayı. Saat 12:30.

EKOL – Yasamal İSK 13:2
Qol: N. Məmmədkərimov, 03:31, 22:21, 33:13, Z. Fərziyev, 04:30, 18:07, 24:57, F. Əliyev, 05:54, F. Atakişiyev, 09:38, Ə. Abasov, 11:05, 35:11, 37:45, F. Ələkbərov, 22:49, R. Əhmədov, 38:59 // V. Səfərov, 26:20, İ. Məmmədov, 39:45.
Hakimlər: Anar Fərəcov, Elman Musayev, Vaqif Musayev.
Bakı İdman Sarayı. Saat 14:30.

Araz – Liman 9:0
Qol: İ. Atayev, 02:33, O. Rüstəmli, 12:08, 18:34, A. Mikaeli, 12:18, 18:43, 26:05, M. Neyməti, 13:54, H. Seyidabolfaz, 15:41, M. Nasirzadegah, 15:58.
Hakimlər: Azad Hüseynov, Elmir Quluzadə, İsgəndər Əliyev.
Bakı İdman Sarayı. Saat 16:30.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button