Superkubokun qalibi bəlli oldu

Futbol üzrə Rusiya superkubokunun yeni qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu mükafat uğrunda son çempion və kunokun qalibi “Zenit”lə gümüş medalların sahibi olan Moskva “Lokomotiv”i qarşılaşıb.

Sankt-Peterburq təmsilçisi bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. “Zenit”in heyətində Dzyuba (14-cü dəqiqə) və Ozdoyev (69) fərqlənibsə, “Lokomotiv”in futbolçusu Çorlukanın (72) qolu sadəcə, təsəlli xarakteri daşıyıb.

Beləliklə, “Zenit” həm bir mövsümdə üç titul qazanıb, həm də tarixində beşinci dəfə superkubokun qalibi olub.