Superkompüter La Liqanın favoritini açıqladı

“Opta” analitikləri cari mövsümdə İspaniya La Liqasında çempionluq ehtimallarını hesablayıblar.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, superkompüterin proqnozuna əsasən, yarışın əsas favoritləri arasında “Barselona” və “Real” minimal fərqlə mübarizə aparır.

Hesablamalara görə, Hans-Diter Flikin rəhbərlik etdiyi kataloniyalıların çempion olma ehtimalı 46,6 faiz, Xabi Alonsonun çalışdırdığı “Real”ın isə 46,55 faiz təşkil edir.

“Real” mövsümün ilk 8 turundan sonra 21 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb, “Barselona” isə 19 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button