Super Liqaya son vəsiqənin sahibi bəlli oldu

2020/21 mövsümündə futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparacaq sonuncu komandanın adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, TFF 1-ci liqada 3-6-cı yerləri tutan dörd komanda arasında təşkil olunan pley-off mərhələsinin finalında “Adana Dəmirspor”la “Fatih Karagümrük” klubları üz-üzə gəlib.

Matçın əsas vaxtı heç-heçə başa çatıb – 1:1. Əlavə yarım saatda hesab dəyişməz qaldığına görə, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (6:5) “Fatih Karagümrük” Super Liqada iştirak hüququ qazanıb.

Xatırladaq ki, daha öncə TFF 1-ci liqanın qalibi olan “Hatayspor”la 2-ci pilləni tutan “Ərzurumspor” da elitaya yüksəlmişdi.